SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Maliyyəçi-ekspert: “Azərbaycan nəqliyyat-logistika marşrutlarının şaxələndirilməsində maraqlıdır” - VİDEO

Maliyyəçi-ekspert: “Azərbaycan nəqliyyat-logistika marşrutlarının şaxələndirilməsində maraqlıdır” - VİDEO

  • 17 mart 2026, 08:56

Zəngəzur dəhlizi açılsa belə, Azərbaycan alternativ nəqliyyat-logistika marşrutlarından da istifadə edəcək.

Yurd.Media xəbər verir ki, bunu “CBC FM Azerbaijan”ın “Qarabağ Gündəm” verilişinin efirində maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.

“Azərbaycan həmişə nəqliyyat-logistika dəhlizlərinin şaxələndirilməsində maraqlı olub və indi də belədir. Məsələn, 1997-ci ildə Azərbaycan neftinin dünya bazarına ixracına başlanılanda “qara qızıl”ın ilk partiyası Rusiya ərazisi ilə - Novorossiysk limanından göndərilmişdi. Baxmayaraq ki, o vaxtlar şimal qonşumuzla münasibətlərimiz elə də yaxşı deyildi. Sonrakı illərdə neftin ixracı üçün Bakı-Supsa (Gürcüstan) və Bakı-Ceyhan (Türkiyə) kəmərləri istifadəyə verilsə də, Bakı-Novorossiysk kəmərindən də istifadə olunurdu. 44 günlük Vətən Müharibəsindən sonra belə bir fikir yarandı ki, Zəngəzur dəhlizi açılırsa, Azərbaycanın İran ərazisindən istifadə etməkdə Naxçıvana və yaxud Gürcüstan ərazisindən istifadə etməklə Türkiyəyə çıxışına ehtiyac qalmayacaq. Amma bu, belə deyil. Göründüyü kimi, ABŞ-ın dəstəklədiyi Zəngəzur dəhlizi layihəsinə paralel olaraq Zəngilan rayonundan İrandan keçməklə Naxçıvanla nəqliyyat-kommunikasiya bağlantısının yaradılmasına dair layihə də icra olunur. Bu, həm də rəqabət mühiti yaradır. Həm İranla Ermənistan, həm də Ermənistanla Gürcüstan arasında. Azərbaycan hökuməti heç vaxt özünü cəmi bir yoldan asılı salmaz, həmişə çalışacaq ki, şaxələndirmə olsun”, - deyə o qeyd edib.

maliyyəçi-ekspert Namiq Hüseynovmaliyyəçi-ekspert Namiq Hüseynov

Maliyyəçi-ekspert: “Azərbaycan nəqliyyat-logistika marşrutlarının şaxələndirilməsində maraqlıdır” - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları