SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
İstilik tariflərinin artırılması Azəristiliktəchizatın zərərini azaldıb

İstilik tariflərinin artırılması "Azəristiliktəchizat"ın zərərini azaldıb

  • 28 oktyabr 2025, 15:02

"Azəristiliktəchizat" ASC 2024-cü ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, səhmdar cəmiyyəti ötən il 6,8 milyon manat zərər edib. Bu, əvvəlki illə müqayisədə 30,7% azdır.

Bununla belə, səhmdar cəmiyyətinin yığılmış zərəri 5,4% artaraq 133 milyon manata çatıb. Bu ilin əvvəlinə "Azəristiliktəchizat"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 1,7% çox - 149,4 milyon manat təşkil edib.

Qurumun öhdəlikləri 84,2 milyon manat (7,7% çox), balans kapitalı isə 65,2 milyon manat (5,1% az), o cümlədən nizamnamə kapitalı 136,7 milyon manat (dəyişməyib) olub.

Xatırladaq ki, 2023-2024-cü illər istilik mövsümündə Azərbaycanda istilik tarifləri 2022-2023-cü illər istilik mövsümü ilə müqayisədə təxminən 2 dəfə çox - 1 Qkal üçün ƏDV daxil olmaqla 14,6 manat, sayğac quraşdırılmadığı halda isə aylıq 1 m2 üçün ƏDV daxil olmaqla 0,3 manat olub. Bu il iyulun 30-da isə Tarif (Qiymət) Şurası “Azəristiliktəchizat”ın göstərdiyi xidmətin tarifinin tənzimlənməsi barədə” 29 dekabr 2024-cü il tarixli qərarında dəyişiklik edib. Yenilənmiş qərara əsasən, əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi 1 Qkal üçün ƏDV daxil olmaqla 14,6 manatdan 21 manata, sayğac quraşdırılmadığı halda isə aylıq 1 m2 üçün ƏDV daxil olmaqla 0,3 manatdan 0,45 manata çatdırılıb.

Prime Leasing
SPE Annual Caspian