SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
İqtisadiyyat.az 7 yaşını qeyd edir

İqtisadiyyat.az 7 yaşını qeyd edir

  • 31 oktyabr 2025, 11:48

Bu gün İqtisadiyyat.az xəbər portalının 7 yaşı tamam olur.

2018-ci ilin oktyabrın 31-də fəaliyyətə başlayan sayt müstəqil informasiya siyasəti həyata keçirən media subyektidir. 

Portal ölkədə və dünyada baş verən ictimai, siyasi, mədəni, sosial və iqtisadi hadisələri, eləcə də bank sektorundakı yenilikləri, maliyyə və biznes xəbərlərini oxuculara çatdırır.

Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, reportajlar, müəllif yazıları, təhlil və araşdırmalar geniş oxucu kütləsinə təqdim olunur.

Saytın məqsədi xəbərləri oxuculara operativ, obyektiv və dəqiq şəkildə çatdırmaqdan ibarətdir. Məhz bu prinsiplərin sayəsində İqtisadiyyat.az bu gün etibarlı xəbər mənbəyinə çevrilib.

İqtisadiyyat.az saytla yanaşı böyük auditoriyaya malik olan rəsmi sosial şəbəkə səhifələri vasitəsilə də müstəqil informasiya siyasəti həyata keçirir. Bu gün İqtisadiyyat.az-ı "Telegram"da izləyənlərin sayı 20 minə, "İnstagram"da 73 minə, "Tiktok"da 145 minə, "Facebook"da isə 101 minə çatır.

Saytın baş redaktoru uzun illər müxtəlif aparıcı media qurumlarında çalışmış Səid Qəribdir.

Yurd.Media saytının bütün kollektivi adından "İqtisadiyyat.az"da çalışan həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!

Prime Leasing
SPE Annual Caspian