SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Cəlilabad sakini satdığı kartofun pulunu həmkəndlisindən ala bilmir - VİDEO

Cəlilabad sakini satdığı kartofun pulunu həmkəndlisindən ala bilmir - VİDEO

Cəlilabad rayonu Kazımabad kənd sakini Qismət Bədirov satdığı kartofun pulunu ala bilmir.

Yurd.Media "Xəzər TV"yə istinadən qeyd edir ki, ötən ilin may ayında  min bir əziyyətlə becərdiyi kartofu həmyerlisi İlqar Ağayevə satıb. Həmyerlisi də deyib ki, sentyabr ayında pulunu verəcək. Amma üstündən 9 ay ötməsinə baxmayaraq, hələ də, satdığı malın pulunu ala bilmir.

Qismət Bədirov deyir ki, hər dəfə İlqar Ağayevə zəng etsə də, vəddən başqa bir  nəticəyə çata bilməyib.

İlqar Ağayev "Xəzər TV" əməkdaşına bildirib ki, bir-neçə günə Qismət Bədirova qalan borcunun tamamını ödəyəcək.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan  deyilib ki, vətəndaşın sözügedən məsələ ilə bağlı polis orqanına müraciəti daxil olmayıb. Buna baxmayaraq, məsələ araşdırılacaq və vətəndaşa dəymiş ziyanın ödənilməsinin təmin edilməsi üçün müvafiq tədbirlər görüləcək.

Prime Leasing