Bakıdakı İran Bankı açıldı

Bakıdakı İran Bankı açıldı

  • 01 may 2025, 11:32
Bakı

İran Milli Bankının Bakı filialı ("Bank Melli İran-Baku") fəaliyyətini tam bərpa edib.

Yurd.Media xəbər verir ki, bu barədə APA-ya filialdan məlumat verilib.

Məlumata görə, bankın Bakı filialı aprelin 29-dan fəaliyyətini bərpa edib. Artıq kredit verilişi və depozitlərin qəbuluna başlayıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin may ayında "Bank Melli İran"ın Bakı filialında yoxlamalara başlamışdı. Həmin müddətdən valyuta əməliyyatları istisna olmaqla, digər əməliyyatlar məhdudlaşdırılmışdı.