SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Azərbaycan faiz dəhlizinin aşağı həddini azaltdı

Azərbaycan faiz dəhlizinin aşağı həddini azaltdı

  • 23 sentyabr 2026, 11:28

Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasəti ilə bağlı növbəti qərarını açıqlayıb.

Yurd.Media xəbər verir ki, qurum uçot dərəcəsini 6,5% saxlayıb, amma faiz dəhlizinin aşağı həddini 5%-ə endirib, yuxarı həddini isə 7,5% saxlayıb.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar ictimaiyyətə əvvəl deyildiyi kimi noyabrın 4-də deyil, oktyabrın 29-da açıqlanacaq.

Həmin gün qurumun sədri Taleh Kazımov mətbuat konfransı keçirəcək, eləcə də ekspertlərlə görüşəcək.

Skat.az - Ev və Avtomobil elanları