2025-ci ildə Azərbaycan 2 208 ədəd elektromobil idxal edib.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 33% azdır.
Ötən il ölkədə idxal edilmiş yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin dəyəri isə əvvəlki ilə nisbətən 48,6% azdır.