SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Azərbaycan elektromobil idxalını 50%-ə yaxın azaldıb

Azərbaycan elektromobil idxalını 50%-ə yaxın azaldıb

  • 20 avqust 2026, 14:18

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 596 elektromobil idxal edib.

Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,5% azdır.

Son 1 ildə elektromobil idxalına çəkilən xərc isə 59,4% azalaraq 15,5 milyon ABŞ dollarına düşüb.

Bundan başqa, 7 ay ərzində ölkəyə 12 521 hibrid avtomobil gətirilib. Bu isə 1 il əvvələ nisbətən 58,2% azdır.

İl ərzində bu növ avtomobillərin idxalına çəkilən xərc isə 54,5% azalaraq 273,8 milyon dollar təşkil edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları