Xaçmaz rayonunda çoxmənzilli yaşayış binalarının dam örtüyü və fasadı əsaslı təmir olunacaq.
"Yurd.Media"nın əldə etdiyi məlumata görə, təmir işləri şəhərin mərkəzindəki binaları əhatə edəcək.
Təmir işləri aparılacaq tikililər N.Nərimanov küçəsi 66A və 78 ünvanında, X.Natavan küçəsi 27A ünvanında, H.Əliyev və H.Z. Tağıyev küçələrinin kəsişdiyi ünvanda və İstisu qəsəbəsində yerləşən çoxmənzilli yaşayış binalarıdır.
Xaçmaz Rayon İcra Hakimiyyəti sözügedən binaların dam örtüyü və fasadında əsaslı təmir işlərinə 594 379 manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.