Sumqayıtın küçə və prospektlərində yol cizgiləri yenilənəcək

Sumqayıtın küçə və prospektlərində yol cizgiləri yenilənəcək

  • 15 aprel 2025, 13:41
Sumqayıt

Sumqayıt şəhərində küçə və prospektlərdə yol cizgiləri yenilənəcək.

"Yurd.Media" xəbər verir ki, bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi hazırlıqlara başlayıb.

Məlumata görə, yol cizgilərinin çəkilməsi və yol səki daşlarının yuyularaq rənglənməsi işləri aparılacaq.

Hazırda bununla əlaqədar layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.