Naxçıvanda istilik mərkəzləri modernləşdiriləcək

Naxçıvanda istilik mərkəzləri modernləşdiriləcək

  • 18 aprel 2025, 15:16
Naxçıvan

Naxçıvan şəhəri ərazisində istilik mərkəzlərinin modernizasiyası, yenidən qurulması və təmiri işlərinə başlanılacaq.

Bu barədə "Yurd.Media" Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir.

Məlumata görə, ŞİH-in tabeliyindəki Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsi bu istiqamətdə hazırlıqlara başlayıb.

Qeyd olunub ki, modernizasiya və yenidənqurma işləri çərçivəsində müvafiq avadanlıqların, mal-materialların alınması, quraşdırılması və ərazi daxili xəttlərin çəkilməsi nəzərdə tutulub.

İdarə şəhər ərazisində istilik mərkəzlərinin modernizasiyasına 1 550 000 manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.