SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Zaqatalada qoyun oğrusu ələ keçdi

Zaqatalada qoyun oğrusu ələ keçdi

  • 03 iyun 2025, 13:51
Zaqatala

Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən təsərrüfatlardan birində xırdabuynuzlu heyvan oğurluğu baş verib.

Yurd.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Fermerin müraciəti əsasında aparılan araşdırma nəticəsində 27 baş qoyunu oğurlamaqda şübhəli bilinən 30 yaşlı Murad Kələşov Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Kələşov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma davam etdirilir.

Prime Leasing