SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Yağışlardan ziyan görən evlərə hansı halda kompensasiya verilir?

Yağışlardan ziyan görən evlərə hansı halda kompensasiya verilir?

  • 31 mart 2026, 19:02

Bakıda və ölkənin bir sıra rayonlarında intensiv yağı.şlar fərdi evlərə bir sıra zərərlər veriblər. Bəs subasmaya görə kompensasiya almaq mümkündürmü?

Yurd.Media xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc "İqtisadiyyat.az"a bildirib ki, qanunvericiliyə görə yalnız hüquqi sənədi olan daşınmaz əmlaka ziyan dəydikdə dövlət ona kompensasiya verə bilər.

Onun sözlərinə görə, son günlər intensiv yağışlar nəticəsində yaranmış subasmalar zamanı ciddi zərər görən sənədli evlər mütləq kompensasiya almalıdır:

“Sənədi olmayan evlərin isə kompensasiya alması qanunvericilikdə nəzərdə tutulmur. Amma Azərbaycan dövləti sosial dövlətdir və bir çox hallarda Fövqəladə Hallar Nazirliyi vasitəsilə sosial yardım formasında kompensasiya ödənilir və bu zaman həmin evin sənədinin olub-olmaması nəzərə alınmır. Vətəndaşlar müvafiq qurumlara müraciət etməlidir ki, baş vermiş hadisə nəticəsində dəyən zərərin ödənilməsində dövlət onlara yardım edə bilsin”.

V.Oruc söyləyib ki, əgər bu problem hər hansı bir infrastruktur problemindən qaynaqlanırsa, yəni sadəcə təbii fəlakət deyilsə, vətəndaşa kanalizasiya sisteminin işləməməsi və yaxud da başqa infrastruktur komponentlərinin çalışmaması səbəbindən ziyan dəyibsə, bu zaman evin sənədli və ya sənədsiz olması əhəmiyyət kəsb etmir: “Bu zaman vətəndaş mütləq məhkəmə orqanlarına müraciət edərək ona dəymiş zərəri tələb edə bilər. Sırf təbii fəlakət nəticəsində olduqda isə sənədli evlərə dövlət yardım edir, sənədsiz evlərə isə sosial yardım formasında kompensasiya ödənilir”.

İqtisadçı ekspert Vüqar Orucİqtisadçı ekspert Vüqar Oruc

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Araz Nurməmmədov isə bildirib ki, şəxsin evinin sənədinin - yəni çıxarışının olmaması həmin əmlakın özbaşına tikili sayılır. Onun sözlərinə görə, dövlət özbaşına tikilini tanımır:

“Həmin əmlak dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə, dövlət onu tanımaq öhdəliyində deyil. Dövlət əgər həmin əmlakı tanımırsa, həmin tikiliyə dəymiş ziyana görə də kompensasiya ödəmək öhdəliyi yoxdur. Özbaşına tikili ilə bağlı daha bir məqam da icbari sığorta ilə bağlıdır. Çünki özbaşına tikililərin sənədi olmadğına görə onu icbari sığorta etmək də mümkün deyil. Amma dövlət ümumi vəziyyəti nəzərə alaraq həmin şəxslərə müəyyən kompensasiya verə bilər, əmlaklarının təmiri ilə bağlı müəyyən işlər görə bilər. Təbii ki, burada dövlətin öhdəliyi yoxdur, amma sadəcə vətəndaşa olan münasibətin nəticəsi ola bilər ki, həmin ailələrə dəstək göstərilsin. Yəni bu əmlaka dəyən ziyanın ödənilməsi deyil, sadəcə sosial dəstək xarakteri daşıya bilər”.

Qeyd edək ki, bayram günlərində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi istiqamətində müvafiq işlər aparılıb. İntensiv yağışlarla əlaqədar su basmış ərazilərdə köməksiz vəziyyətdə qalan 210-u azyaşlı olmaqla 766 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

hüquqşünas Araz Nurməmmədovhüquqşünas Araz Nurməmmədov

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları