SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Xocəsəndə sərnişin avtobusu qəzaya düşdü: Yaralılar var

Xocəsəndə sərnişin avtobusu qəzaya düşdü: Yaralılar var

  • 12 sentyabr 2025, 23:33

Bakıda 170 nömrəli avtobusun qəzaya düşməsi nəticəsində 9 nəfər xəsarət alıb.

Yurd.Media xəbər verir ki, daşıyıcı şirkətdən Trend-ə verilən məlumata görə, ilkin araşdırma avtobusun qarşısına qəfil minik avtomobilinin çıxması nəticəsində qəzanın baş verdiyini göstərir.

Avtobus saatda 25-30 km sürətlə hərəkətdə olarkən qarşısında manevr edən minik avtomobili qəfil əyləci basıb. Toqquşmadan yayınmaq üçün sürücü avtobusu sağa tərəf yönəldib və nəticədə nəqliyyat vasitəsi beton bardürə çırpılıb.

Hadisə zamanı avtobus salonundakı bir neçə sərnişin yıxılaraq yüngül xəsarət alıb. Onlara yerindəcə tibbi yardım göstərilib.

Prime Leasing