Bu gün səhər saatlarında Xəzər dənizində ard-arda iki zəlzələ qeydə alınıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan Yurd.Media-ya bildirilib ki, əvvəlcə 4,3 maqnitudalı zəlzələ vaxtla saat 05:55-də olub.
Məlumata görə, zəlzələ ocağı 77 kilometr dərinlikdə yerləşib.
Xəzər dənizində növbəti dəfə zəlzələ yerli vaxtla saat 07:35-də qeydə alınıb, yeraltı təkanın maqnitudası 3, dərinliyi 72 km olub.