SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Xaçmazda dənizdə boğulan şəxsin kimliyi məlum oldu - YENİLƏNİB

Xaçmazda dənizdə boğulan şəxsin kimliyi məlum oldu - YENİLƏNİB

  • 29 iyul 2025, 10:51
Xaçmaz

Xaçmazda dənizdə boğulan şəxsin kimliyi məlum.

Yurd.Media Oxu.Az-a istinadən xəbər verir ki, o, Quba rayon sakini, Arif Əsədzadədir.

Mərhumun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

*** 00:26

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Xaçmaz rayonu, İstisu qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 metr aralı, nəzarətsiz ərazi) suyun üzündə kişi meyitinin aşkar olunması ilə bağlı məlumat daxil olub.

Yurd.Media xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumatla əlaqədar, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Prime Leasing