Naxçıvanda Türkiyəli iki tələbə dəm qazının qurbanı oldu.
Yurd.Media xəbər verir ki, dəm qazının sızması nəticəsində Türkiyə vətəndaşı olan iki tələbə - Ahmet və Büşra həyatını itirib.
Hadisə Naxçıvan şəhərinin Nizami küçəsi, 61 ünvanında qeydə alınıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.