SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Toya gələn qonağı vəhşicəsinə döydülər: Xəstəxanada öldü

Toya gələn qonağı vəhşicəsinə döydülər: Xəstəxanada öldü

  • 05 iyun 2025, 20:57
Cəlilabad

Cəlilabad rayon sakini xəstəxanada ölüb.

Yurd.Media xəbər verir ki, rayonun Həziabad kənd sakini, 1984-cü il təvəllüdlü Qənbər Yusubov toyda döyülüb. Daha sonra o, xəstəxanaya gətirilib.

Bu gün isə xəstəxanada dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, ilkin məlumata görə, Masallı rayonu ərazisində baş verən mübahisə zamanı onu döyən şəxsin həmkəndlisi 22 yaşlı Babək Şahmarov olduğu müəyyən edilib.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə B.Şahmarov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing