Tovuzda ağır yol-nəqliyyat hadisəsi olub.
Yurd.Media xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Toyota Prius" "Opel" markalı avtomobillə toqquşub.
Qəza zamanı 1989-cu il təvəllüdlü Zaur Mehdiyev və 2002-ci il təvəllüdlü Ağası Məmmədov müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır. Xəsarət alanlar taksi fəaliyyəti göstəriblər.
Faktla bağlı araşdırma başlanılıb.