SÜJET
Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.
Yurd.Media APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsinə hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında Tofiq Yaqublu iştirak edib.
Prosesdə vəkillərin Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı verdikləri vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin baxış iclası mayın 20-nə təyin edilib.