SÜJET

Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi
Sumqayıtda binada yanğın - 3 nəfər təxliyə edildi

Sumqayıtda binada yanğın - 3 nəfər təxliyə edildi

  • 22 may 2025, 09:45
Sumqayıt

Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib.

Bu barədə Yurd.Media-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd elektrik sayğacı və 10 paq.m elektrik kabeli yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2-si uşaq olmaqla 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.