SÜJET

Süni intellekt Kiberdələduzluq Böyük Qayıdış Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi
Sumqayıtda maşın piyadanı vurdu - Sərnişin öldü

Sumqayıtda maşın piyadanı vurdu - Sərnişin öldü

  • 21 may 2025, 09:38
Sumqayıt

Sumqayıt şəhəri ərazisində avtoqəza baş verib.

Yurd.Media xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə mayın 20-i saat 21 radələrində qeydə alınıb.

Belə ki, Həsənov Ramazan Habil oğlu idarə etdiyi "Mercedes ML 320" markalı avtomobillə Sumqayıt şəhəri ərazisində piyada Abdullayev Samiq Fərhad oğlunu vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Daha sonra idarəetməni itirərək “Man” markalı avtomobilin yarımqoşqusuna çırpılıb. Nəticədə avtomobildə sərnişin qismində əyləşmiş 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.