SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Sükan arxasında çəkilən kontent”in fəsadları - VİDEO

Sükan arxasında çəkilən "kontent”in fəsadları - VİDEO

Sükan arxasında telefonla çəkiliş edənlərin qəza törətməsi halları günü-gündən artır. 

Yurd.Media xəbər verir ki, təhlükələrin qarşısını almaq məqsədilə Baş Dövlət Yol Polisi sürücülərə növbəti dəfə xəbərdarlıq edib.

Qurumun əməkdaşı Elvin Hacıyev bildirir ki, sükan arxasında telefonun istənilən formada istifadəsi - istər danışmaq, istər yazışmaq, istərsə də video çəkilişi aparmaq - həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatını ciddi risk altına qoyur:

"Bir saniyəlik diqqət yayılması belə yoldakı piyadanı, qarşıdan gələn nəqliyyat vasitəsini və ya qəfil yaranan təhlükəni görməməyə səbəb olur. Sürücünün diqqətinin yayınması avtomobilin onlarla metr nəzarətsiz hərəkət etməsi deməkdir və bu da qəzaların başlıca səbəblərindən biridir”.

BYDP əməkdaşı əlavə edir ki, sükanı tək əllə saxlayıb digər əllə video çəkmək birbaşa yol hərəkəti təhlükəsizliyini pozur və bütün hərəkət iştirakçıları üçün real təhlükə yaradır.

Baş Dövlət Yol Polisindən "Xəzər Xəbər"ə bildirilib ki, qaydaları pozan şəxslərlə bağlı mütəmadi tədbirlər görülür. Qanunvericiliyə əsasən, avtomobil idarə edən zaman mobil telefondan istifadə etmək qadağandır və bu hal aşkarlandıqda sürücü 50 manat məbləğində cərimələnir.

Prime Leasing
SPE Annual Caspian