SÜJET
Siyəzən rayonunun Beşdam kəndində "Nissan" markalı minik avtomobilinin idarəetməni itirərək yolda aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yurd.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yanğın nəticəsində "Nissan" markalı minik avtomobilinin yanar hissələri və dağlıq ərazidə 18 hektar sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.