SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Sexdə YANĞIN: Yanacaqdoldurma məntəqəsinin alışma təhlükəsi - VIDEO

Sexdə YANĞIN: Yanacaqdoldurma məntəqəsinin alışma təhlükəsi - VIDEO

  • 05 avqust 2026, 09:32
Abşeron

Səhər saatlarında avtomobil təmiri sexindəki alovlanmanın yanacaqdoldurma məntəqəsinə keçməsi təhlükəsi yaranıb. 

Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, Abşeron rayonu, Məmmədli kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın baş verib.

Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının məntəqənin ərazisində yerləşən bir dam altında tikilmiş ümumi sahəsi 260kv.m. olan 8 boksdan ibarət avtomobil təmiri sexi və ehtiyat hissələri satışı mağazası kimi fəaliyyət göstərən obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək digər bokslara yayılmasına, habelə yanacaqdoldurma məntəqəsinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində iki boksun yanar konstruksiyaları 60kv.m. sahədə və dam örtüyünün taxta atmaları 260kv.m. sahədə yanıb.

Xəsarət alan olmayıb.

Digər obyektlər və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.

@azerbaycanfhn Abşeron rayonunda yanacaqdoldurma məntəqəsinin ərazisində baş vermiş yanğın söndürülüb #fövqəladəhallarnazirliyi #azerbaycanfhn #112 #keşfet #kəşfet ♬ orijinal ses - Fövqəladə Hallar Nazirliyi
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları