SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Şəkidə ildırım düşməsi dağlıq ərazidə yanğına səbəb olub

Şəkidə ildırım düşməsi dağlıq ərazidə yanğına səbəb olub

  • 12 avqust 2025, 22:47
Şəki

Şəkidə ildırım düşməsi nəticəsində dağlıq ərazidə yanğın baş verib.

Yurd.Media xəbər verir ki, hadisə rayonun Qozlubulaq kəndi ərazisində qeydə alınıb.

Yanğının söndürülməsi üçün Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvələri əraziyə cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində yanğın söndürülüb.

Hadisə nəticəsində 15 hektar sahədə kol-kos və quru ot yanıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları