SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
“Sea Breeze” tikintisindəki ölüm işinə görə MƏHKƏMƏ HÖKM çıxarıb

“Sea Breeze” tikintisindəki ölüm işinə görə MƏHKƏMƏ HÖKM çıxarıb

  • 04 noyabr 2025, 16:44
Bakı

Bakının Nardaran qəsəbəsi, “Sea Breeze” istirahət mərkəzində inşa edilən binada baş verən ölüm hadisəsi ilə bağlı araşdırma aparılıb. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, hadisə ötən ilin fevralın 21-də baş verib. 16-cı dalanda yerləşən “Palm Beach” lahiyəsi üzrə yeni inşa olunan yeddi mərtəbədən ibarət olması nəzərdə tutulmuş altıncı yaşayış binasının dəmir-qəlib işləri həyata keçirilərkən orada fəhlə işləyən Eltac Mirzəzadə yıxılaraq vəfat edib.

Sabunçu Rayon Prokurorluğunda aparılan araşdırma zamanı məlum olub ki, tikintidə texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət olunmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma - eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. MMC-də tikinti sahəsində baş usta işləyən Razi Bəndəlıyev məsuliyyətə cəlb edilib. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 6 ay müddətinə dövlət, özəl və yerli özünü idarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilib, 2 il azadlıqdan məhrum olunub.

Qeyd edək ki, tikintini aparan MMC-nin direktoru Elxan Salmanovdur.

Prime Leasing
SPE Annual Caspian