SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Samuxda gənc qız çayda boğulub

Samuxda gənc qız çayda boğulub

  • 09 avqust 2026, 19:32
Samux

Kür çayının Samux rayonundan keçən hissəsində 17 yaşlı qız batıb.

Yurd.Media xəbər verir ki, hadisə çayın Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb.

Gəncə şəhərinin Məhsəti qəsəbə sakini olan yeniyetmə qızın tapılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub.

Hazırda FHN əməkdaşları tərəfindən axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Skat.az - Ev və Avtomobil elanları