SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Salyanda çətənə yetişdirənlər saxlanılıb

Salyanda çətənə yetişdirənlər saxlanılıb

  • 01 may 2025, 09:07
Salyan

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Qismət Salahov saxlanılıb.

Yurd.Media xəbər verir ki, həmin şəxsə məxsus istixanaya keçirilən baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 230 ədəd çətənə kolu aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər əməliyyat zamanı Qurban Cəfərov, Anar Zamanov və Şahin Hüseynov da saxlanılıblar. Həmin şəxslərin yaşadıqları ünvanlardan isə ümumilikdə 53 ədəd çətənə kolu və narkotik vasitə marixuana aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Prime Leasing