SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Salyanda güclü külək ağacı avtomobilin üstünə aşırdı - FOTO

Salyanda güclü külək ağacı avtomobilin üstünə aşırdı - FOTO

  • 19 may 2025, 20:47
Salyan

Salyan rayonunda güclü külək nəticəsində irigövdəli ağac kökündən çıxaraq avtomobilin üzərinə aşıb.

Yurd.Media xəbər verir ki, hadisə saat 17 radələrində Salyan şəhərinin Məhəmməd Əmin Rəsulzadə küçəsində baş verib. Güclü külək nəticəsində ərazidəki iri ağac kökündən qoparaq “Hyundai” markalı minik avtomobilinin üstünə düşüb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Lakin avtomobil ciddi zədələnərək yararsız hala düşüb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, ağacın qalıqları ərazidən götürülüb.

Prime Leasing