SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Qusarda güclü yağışın fəsadları - FOTO

Qusarda güclü yağışın fəsadları - FOTO

Qusar

Qusar rayonunda yağışlı hava şəraiti bir sıra fəsadlar yaradıb.

Yurd.Media xəbər verir ki, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Hil, Yasab, Mucuq, Gündüzqala və digər kəndlərdə yağışın yaratdığı fəsadlarla yerində tanış olub.

Mucuq kəndində yerləşən körpü, Yasab kəndinə gedən avtomobil yolu və Hil kəndinin əraizisinə baxış keçirilmiş, mövcud vəziyyət yerində qiymətləndirilmişdir. Eyni zamanda, rayon icra hakimiyyətinin başçısı Hil kəndində sakinlərlə görüşmüş, onların müraciətlərini dinləmiş, yağıntılı hava şəraitinin yaratdığı problemlərlə yerində maraqlanıb.

Aparılan müşahidələr nəticəsində fəsadların geniş miqyaslı olmadığı müəyyən edilib. Yaranmış problemlərin operativ şəkildə aradan qaldırılması məqsədilə aidiyyəti qurumlar tərəfindən təxirəsalınmaz işlər görülür, ərazilərə texnika cəlb olunmaqla işlər aparılır. Ümumilikdə vəziyyət nəzarət altındadır və fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları