SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Qəbələdə dəhşətli QƏTL: Kənd sakini həmkəndlisini dəhrə ilə öldürdü

Qəbələdə dəhşətli QƏTL: Kənd sakini həmkəndlisini dəhrə ilə öldürdü

  • 15 iyun 2025, 22:29
Qəbələ

Qəbələ rayonunda qətl hadisəsi törədilib.

Yurd.Media xəbər verir ki, hadisə saat 19 radələrində Solquca kəndi ərazisində baş verib.

Kənd sakini 1986-cı il təvəllüdlü Teymur Eynulla oğlu Səfərəliyev münaqişə zəminində həmkəndlisi, 1974-cü il təvəllüdlü Dəmir Rəsul oğlu Ayvazovun baş nahiyəsinə dəhrə ilə zərbə endirib.

Ağır xəsarət alan 51 yaşlı kişi hadisə yerində ölüb. T.Səfərəliyev könüllü olaraq polis şöbəsinə gedərək təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing