SÜJET

Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Süni intellekt Böyük Qayıdış
Ötən il Sumqayıtda partlayış olan bina sökülür - Sakinlər narazıdırlar

Ötən il Sumqayıtda partlayış olan bina sökülür - Sakinlər narazıdırlar

  • 24 iyun 2025, 17:43
Sumqayıt

Ötən il dekabrın 3-də Sumqayıtda güclü partlayışın baş verdiyi yaşayış binası hazırda sökülür.

Yurd.Media Teleqraf-a istinadən xəbər verir ki, şəhərin 13-cu mikrarayon ərazisində yerləşən 19-cu binanın sakinləri söküntüdən narazıdırlar.

Sakinlərin məlumatına görə, binanın bir tərəfi sökülsə də, təhülkəsizlik hasarı qurulmayıb və uşaqlar, eləcə də sakinlər üçün təhlükəli vəziyyət yaranıb.

Mövzu ilə bağlı Sumqayıt İcra Hakimiyyəti ilə əlaqə saxlamağa cəhd etsək də, bütün zənglərimiz cavabsız qaldı. Sumqayıt Mənzil Kommunal İstismar İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, hazırda binanın damında söküntü aparılır: "19-cu binanın damında söküntü işləri aparılır. Söküntü işləri "Azərkörpü" şirkəti tərəfindən icra olunur və binanın bir bloku tamamilə söküləcək. Şirkət rəhbərliyinə sakinlərin narazılığını çatdırarıq".

Xatırladaq ki, sözügedən binada partlayış nəticəsində 6 nəfər xəsarət almışdı.

Prime Leasing