SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Neftçalada ölümlə nəticələnən yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub - Yenilənib

Neftçalada ölümlə nəticələnən yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub - Yenilənib

  • 28 may 2025, 15:10
Neftçala

Neftçalada ölümlə nəticələnən yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub.

Yurd.Media “Report”-a istinadən xəbər verir ki, Aran bürosunun məlumatına görə, hadisə evdə təmir işləri aparılan zaman baş verib.

Belə ki, evdə təmir işləri görən qardaşlar döşəməyə dolğu vuran zaman onlardan biri ehtiyatsızlıq edərək siqaret yandırıb. Bu zaman dolğuda yaranmış qaz anidən partlayıb.

Partlayış nəticəsində qardaşlardan biri Bayram Əzizov hadisə yerində ölüb. Digər qardaş Babək Əzizov isə yanıq xəsarətləri alıb.

120 kvadratmetrlik evin bir otağı partlayışla müşahidə olunan yanğın nəticəsində yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır. 

***13:39

Neftçala sakini evində yanaraq ölüb.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, hadisə Neftçala rayonunun Xolqarabucaq kəndində qeydə alınıb.

Fərdi yaşayış evində baş verən yanğında mənzil sakini yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing