Naxçıvanda kafe yandı

Naxçıvanda kafe yandı

  • 04 may 2025, 15:48
Naxçıvan

Naxçıvan şəhərində kafedə yanğın baş verib.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti bina 7 ünvanında qeydə alınıb.

Binada yerləşən kafelərin birində yanğın başlayıb. Yanğın yerinə Naxçıvan Muxtar Respublika Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən yanğın dərhal söndürülüb. Bina sakinləri polis əməkdaşları tərəfindən təxliyə olunub.