SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Naxçıvanda avtomobil 4 nəfəri vurdu - DƏHŞƏTLİ HADİSƏ

Naxçıvanda avtomobil 4 nəfəri vurdu - DƏHŞƏTLİ HADİSƏ

  • 14 may 2025, 12:55
Naxçıvan

Naxçıvanda yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, insident şəhərin Azadlıq küçəsində qeydə alınıb. Sərxan Babayevin idarə etdiyi 75-BN-561 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobil yolu keçmək istəyən piyadalar — 2006-cı il təvəllüdlü Quliyeva Gülsüm İlqar qızı, Quliyeva Dərya Səməd qızı, İsayeva Əfsanə İsa qızı və 2005-ci il təvəllüdlü Tağıyeva Xanımzəri vurub. Yaralılar dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb.

Onlardan Gülsüm Quliyevanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.