Mingəçevir şəhəri Mirzə Ələkbər Sabir küçəsi 3 ünvanındakı binada ilanlar təhlükə yaradır.
Yurd.Media xəbər verir ki, ilanların sahibsiz ev və məhəllələrdən gəldiyi bildirilir.
"Xəzər TV"yə şikayət edən sakinlər bildirir ki, qəfil yola çıxan ilanlar uşaqlar üçün daha da təhlükəlidir.
Mingəçevir şəhər dezinfeksiya stansiyasından bildirildi ki, vətəndaşlar tərəfindən müraciət edilib. Amma həmin işlər mənzil təsərrüfatı və abadlaşdırma idarəsi tərəfindən həyata keçirilməlidir.
Sözügedən qurumdan isə sakinlərin müraciətindən sonra dərmanlama işlərinin görüldüyü bildirildi.
Qeyd edək ki, ilanların olduğu bildirilən 5 mərtəbəli binada 60-a yaxın ailə yaşayır.