SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Mingəçevirdə qonşular arasında dava oldu: Ana və oğlu DÖYÜLDÜ

Mingəçevirdə qonşular arasında dava oldu: Ana və oğlu DÖYÜLDÜ

  • 01 iyun 2025, 23:01
Mingəçevir

Mingəçevirdə qonşular arasında düşən mübahisə ana və oğlunun döyülməsi ilə nəticələnib.

Yurd.Media xəbər verir ki, hadisə şəhərin keçmiş 5 saylı Dəmir Beton Məmulatları Zavodu ərazisində müvəqqəti olaraq məskunlaşan keçmiş məcburi köçkünlər arasında yaşanıb.

Ağdam rayon sakinləri olan 1970-ci il təvəllüdlü Cəfərova İradə Qədir qızı və 1994-cü il təvəllüdlü oğlu Cəfərov Ramal Azər oğlu qonşuda yaşayan kişi ilə mübahisə və münaqişə zəminində döyülüblər.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır.

Prime Leasing