SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Mingəçevirdə ana və iki övladını dərsə gedərkən maşın vurdu

Mingəçevirdə ana və iki övladını dərsə gedərkən maşın vurdu

  • 17 sentyabr 2025, 10:04
Mingəçevir

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Yurd.Media Oxu.Az-a istinadən xəbər verir ki, şəhər sakini, 1989-cu il təvəllüdlü Səbayət Yusifova övladları - 2013-cü il təvəllüdlü Gülər Yusibova və 2014-cü il təvəllüdlü Rüstəm Yusiblini oxuduqları Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyə apararkən şəhər sakini, 1988-ci il təvəllüdlü Xəyal Məmmədov idarə etdiyi "Opel" markalı avtomobilə onları vurub.

Yaralılar Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing