SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Masazırda Hyundai yandı, BMW-ni də alışdırdı - VİDEO

Masazırda "Hyundai" yandı, "BMW"-ni də alışdırdı - VİDEO

  • 29 mart 2026, 10:32
Abşeron

Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində avtomobildə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yurd.Media-ya bildirilib ki, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində "Hyundai" markalı minik avtomobilinin salon və mühərrik hissəsi, yaxınlıqda dayanmış "BMW" markalı minik avtomobilinin isə arxa hissəsi qismən yanıb.

Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

Masazırda "Hyundai" yandı, "BMW"-ni də alışdırdı - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları