SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Masazırda “Ford” yandı - VİDEO

Masazırda “Ford” yandı - VİDEO

  • 04 iyul 2026, 15:44
Abşeron

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər çevik müdaxiləsi sayəsində “Ford” markalı yük avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Xəsarət alan olmayıb.

Avtomobilin digər hissələri yanğından mühafizə olunub.

Masazırda “Ford” yandı - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları