Masallıda 40 həftəlik hamilə Nərmin Mehbalıyeva doğuş zamanı dünyasını dəyişib. Yaxınları onun ölümündə həkimi günahlandırır.
Yurd.Media xəbər verir ki, mərhumun qaynatası bu kimi halların əvvəllər də rayon ərazisində baş verdiyini deyib. Onun sözlərinə görə, nəvəsi də oxşar səbəbdən vəfat edib, həmin həkim isə sonradan şöbə müdiri təyin olunub.
Ailə rəsmi açıqlama və haqqın bərqərar olunmasını gözləyir. Faktla bağlı araşdırma aparılır.