SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Kür çayında ailə köməksiz vəziyyətdə qalıb, FHN cəlb olunub - YENİLƏNİB

Kür çayında ailə köməksiz vəziyyətdə qalıb, FHN cəlb olunub - YENİLƏNİB

  • 27 mart 2026, 15:43
Samux

Kür çayında köməksiz qalanların kimliyi və təfərrüatları məlum olub 

Yurd.Media xəbər verir ki, həmin şəxslər bir ailənin üzvləri olan, Gədəbəy rayon sakinləri, 1990-cı il təvəllüdlü E.Mustafayev, onun həyat yoldaşı 1996-cı il təvəllüdlü B.Quliyeva və onların övladları 2019-cu il təvəllüdü B.Mustafayeva, 2025-ci il təvəllüdlü A.Mustafayevdir.

Ailə başçısı Kür ətrafında maldarlıqla məşğul olur. Kürün quru sahəsinə isə qulançar bitkisi və odun toplamaq üçün gediblər.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Samux rayonu ərazisində Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində köməksiz vəziyyətdə qalan 4 nəfərin xilas edilməsi məqsədilə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Samux Rayon Yanğından Mühafizə Hissəsi və Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən birgə xilasetmə tədbirləri həyata keçirilib və köməksiz qalam ailənin 4 üzvü xilas ediliblər.

***

Kür çayında balıqçılar köməksiz vəziyyətdə qalıb.

Yurd.Media xəbər verir ki, Kür çayının Samux rayon ərazisindən keçən hissəsində balıq tutmaq istəyən 4 şəxs çayın içərisində olan quru sahədə qalıblar.

Buna çayın su səviyyəsinin anidən qalxması səbəb olub.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Onların oradan xilas edilməsi tədbirləri görülür.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları