İntihar edən hərbçinin 7 ay əvvəl toyu olubmuş

İntihar edən hərbçinin 7 ay əvvəl toyu olubmuş

  • 29 aprel 2025, 17:24
Kürdəmir

Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik gizir Rəhim Zeynal oğlu Novruzov ötən gün yaşadığı mənzildə intihar edib.

Yurd.Media xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Rəhim Novruzov 7 ay əvvəl ailə həyatı qurubmuş. O, yaxın aylarda ata olacaqdı.

Mərhum ötən gün Kürdəmir rayonunun Çöhranlı kəndində dəfn edilib.