Həddən artıq spirtli içki qəbul edən şəxs həyatını itirdi

Həddən artıq spirtli içki qəbul edən şəxs həyatını itirdi

  • 23 aprel 2025, 20:40
Qobustan

Qobustanda kişi ifrat dərəcədə spirtli içkidən ölüb.

Yurd.Media Lent.az-a istinadən xəbər verir ki, hadisə Nabur kəndində baş verib.

Kənd sakini 38 yaşlı S. Alpaşayev sərxoş vəziyyətdə xəstəxanaya gətirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, kişi həddən artıq spirtli içki qəbul edib. Nəticədə S. Alpaşayevin ürəyi partlayıb.

Hazırda araşdırma aparılır.