SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Goranboyda qəza zamanı bir ton yanacaq yola töküldü - FOTO

Goranboyda qəza zamanı bir ton yanacaq yola töküldü - FOTO

  • 16 avqust 2026, 16:23
Goranboy

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, Türkiyə vətəndaşı, 1969-cu il təvəllüdlü S.Hakyemezin idarə etdiyi "Iveco" markalı iritonnajlı yük avtomobili magistral yolun dəmir arakəsməsinə dəyib.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.

Yük avtomobilnin yük yerində olan dəmirlər yola dağılıb, bundan başqa avtomobildən bir tona yaxın yanacaq yola tökülüb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib, yolda dağılan yanacaq yuyulub.

Faktla bağlı araşdırma aparılır.

Skat.az - Ev və Avtomobil elanları