Goranboyda bıçaqlanma olub.
Yurd.Media-nın məlumatına görə, hadisə Goranboy rayon Qurbanzadə kəndində qeydə alınıb.
Belə ki, mübahisə zəminində 38 yaşlı F.Məmmədov bıçaqlanıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Goranboy rayon sakini F.Məmmədova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 17 yaşlı M.Əhmədov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.