Gəncə şəhərində xəsarət alan məktəbli Bakıdakı xəstəxanaların birinə köçürülüb.
Yurd.Media Modern.az-a istinadən xəbər verir ki, aprelin 22-də Gəncə şəhərindəki məktəblərin birində baş verən insident zamanı xəsarət alan şagird F.Quliyev Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.
Xatırladaq ki, Yeni Gəncə yaşayış massivində yerləşən Ə.Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri arasında insident olub. F.Quliyev mübahisə zəminində xəsarət alaraq Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilmişdi.