SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Gəncədə valideynlər 13 yaşlı qızdan imtina ediblər

Gəncədə valideynlər 13 yaşlı qızdan imtina ediblər

  • 04 aprel 2026, 22:40
Gəncə

Gəncə şəhərində səhhətində problem yarandığından 13 yaşlı qız nənəsi tərəfindən Gəncə Birləşmiş Uşaq Xəstəxanasına gətirilib. Daha sonra ona baxa bilmədiyini, uşaq evinə vermək istədiyini bildirib. 

Yurd.Media xəbər verir ki, məsələ ilə bağlı xəstəxana əməkdaşları aidiyyatı qurumlara məlumat verib.

Uşağın nənəsinin bildirdiyinə görə, 13 yaşlı nəvəsindən öncə atası sonra isə anası imtina edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə bununla bağlı bildirilib ki, məsələ aidiyyəti dövlət qurumlarının nəzarətindədir və vəziyyət diqqətlə araşdırılır. 

"Hazırda azyaşlı Gəncə Birləşmiş Uşaq Xəstəxanasında tibbi müayinədən keçirilir. Onun sağlamlıq və psixoloji vəziyyəti qiymətləndirildikdən sonra, qanunvericiliyin tələblərinə uyğun şəkildə dövlət uşaq müəssisəsinə yerləşdirilməsi təmin olunacaq. Əsas məqsəd uşağın təhlükəsizliyinin, sağlam inkişafının və sosial rifahının qorunmasıdır. Müvafiq qurumlar tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir və proses nəzarətdə saxlanılır" - deyə, açıqlamada qeyd olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları