İntihara cəhd edən qazinin son durumu AÇIQLANDI - YENİLƏNİB

İntihara cəhd edən qazinin son durumu AÇIQLANDI - YENİLƏNİB

  • 24 aprel 2025, 21:50
Gəncə

24.05.2025-ci il tarixində saat 18:20 radələrində 2001-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yurd.Media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, dərman zəhərlənməsi diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.

19:16

Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, Goranboy rayonunun Borsunlu kənd sakini 2001-ci il təvəllüdlü Elmar Nəsirov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, E.Nəsirov dərman içərək intihara cəhd edib. Onun hansı səbəbdən intihara cəhd etdiyi məlum deyil.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Elmar Elmir oğlu Nəsirov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.

Füzuli-Xocavənd istiqamətlərində aparılan döyüşlərdə yaralanıb. "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib. O, YAŞAT Fondunun xətti ilə Türkiyədə müalicə edilib və 14 dəfə əməliyyat olunub.